Mobil versiya
Aktrisalar arasındakı qalmaqal böyüyür: “Danışdıqca ağını çıxarır”
Tarix: 27-11-2017 | Saat: 11:01
Bölmə:Karusel / Aia TV | çapa göndər

Aktrisalar arasındakı qalmaqal böyüyür: “Danışdıqca ağını çıxarır”


Aktrisa Pərvin Abıyeva ətrafında yaşanan qalmaqal davam edir.

Belə ki, aktrisa “Hürriyet”qəzetinə müsahibəsində Azərbaycan kişilərini kobud adlandırmasına həmkarlarından cavab gəlib.
AktrisaTunay Əliyeva daha öncə də qalmaqal yaşadığı həmkarına "Kişilər 500-1000 manatlıq qadına qarşı kobuddursa, bu sadəcə fəxrdir" sözləri ilə sərt cavab verib.

Tunayın səsləndirdiyi fikirlər cavabsız qalmayıb. Pərvin fikirlərini sosial şəbəkədə bölüşüb:

Похожее изображение

"Sən Tunaya mən bir dəfə cavab vermədim, “qadındır” deyib, boş verdim. Bu dəfə sənin nə olduğunu deyəcəm. Sən kimə 500-1000 manatlıq deyirsən? Mənim ətrafımdakıların tanışlarının çoxu səninlə nəinki 500, 300 manata görüşüblər. Sənin avtobioqrafiyanı öyrənmişəm. Maşınla adam vurub qaçdın. Türkiyədə pulla görüşürsən. Üstəlik türk seriallarında "massofka" kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan? Neçə ildir türk kişiləri ilə görüşən sənsən. Mən Türkiyəyə gedib filmimi təqdim edib gəlirəm. Sənin kimi otelləri gəzmirəm. Özünü mələk kimi göstərmə. Sən mənim tayım deyilsən. Azərbaycan kişisinin birini maşında öldürən elə sən idin. Azərbaycan kişilərinin adını batırıb Türkiyədə pulla görüşən də sənsən".

Bu gün isə aktrisaların arasında yaşanan qalmaqala Aysel Nazim də qoşulub.

Картинки по запросу Aysel Nazim

O, musavat.com saytına açıqlamasında Pərvinin səhv addım atdığını deyib:

“Pərvinin ailə dəyərlərini, özünü, millətini kiçiltməsinə çox əsəbləşdim. Onun haqqında əslində danışmaq istəmirəm. Çünki o danışdıqca səhvlər edir. Kiməsə fahişə deyir. Danışdıqca ağını çıxardır. Hər kəs öz işi ilə məşğul olmalıdır. Işimizlə gündəmə gəlməliyik. Ona-buna söz atmaqla sənətdə ucalmaq olmaz. Hər kəs hər kəsi yaxşı tanıyır. Hər kəsin dünyaya baxdığı pəncərə var. Türkiyədə millətini, ölkəsini, kişilərini, ailə dəyərlərini alçaldan şəxslərə “buyur, gəl” demirlər. İnsan qonaq getdiyi evdə öz evini pisləməz. Məncə, Pərvin çox böyük səhv etdi, amma özü də bilmir”.

Türkiyə vətəndaşı ilə ailə quran aktrisa Cəmilə Tağızadə isə həmkarlarını birliyə çağırıb:

Cəmilə Tağızadə ile ilgili görsel sonucu

“Son günlər müzakirə olunan Azərbaycan-Türkiyə kişilərinin müqayisəsi mövzusuna biganə qala bilmirəm. Mən də Türkiyə vətəndaşı ilə ailə qurmuşam. Bu mövzu mənə də toxunur. Unutmayaq ki., biz də türkük, damarımızda türk qanı axır. Azərbaycan ilə Türkiyə qardaş ölkədir.

Mənim rəhmətlik atm da, qardaşım da azərbaycanlı idi. Hər bir azərbaycanlıya hörmətlə yanaşıram. Mənə deyirlər ki, niyə Türkiyə vətəndaşı ilə ailə qurdun? Onun da damarında bizim kimi türk qanı axır. Ayrı-seçkilik salmaqdansa, birlik olmalıyıq. Azərbaycan ilə Türkiyə türkləri arasında fərq yoxdur. Meşə çaqqalsız olmur, hər yerin pis kişisi var. “Türkiyədə kişilər müasirdir” deyirlər. Bu yanlış fikirdir. Bizim ölkəmizdə də müasir oğlanlar var. Bizim kişiləri pisləmək lazım deyil. Bizim ölkədə də gözəl xüsusiyyətə malik oğlanlarımız var. Ay əziz insanlar, anlayın ki, dünyaya bir dəfə gəlirik. Sevək-sevilək, xoşbəxt olaq. Çaxnaşmalara, davalara son qoyaq. Bir-bizimizə dəstək olaq, kömək edək”.(musavat.com)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024