“BakuBus” daha bir marşrut xəttini istifadəyə verdi
Tarix: 07-11-2015 | Saat: 12:24
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Noyabrın 7-dən etibarən Bakı şəhərinin mərkəzi hissəsində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilib. ilkin mərhələdə noyabrın 7, 8 və 9-da sınaq olaraq hər gün 8 ədəd avtobus xidmət göstərəcək. Noyabrın 10-dan etibarən 3 saylı xətdə 18 ədəd avtobus xidmət göstərəcək.
Fransa istehsalı olan “İveco” avtobusları 3 saylı xətt üzrə “Azadlıq Prospekti” metro stansiyasından başlayaraq– Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi – Səttar Bəhlulzadə - Atatürk prospekti – Nəsib bəy Yusifbəyli küçəsi – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi –Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Ə.Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərək, əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti – Ə.Haqverdiyev küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Fətəli Xan Xoyski küçəsi – Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi – Atatürk prospekti –Şövkət Məmmədova küçəsi – Cəfər Xəndan küçəsi – İbrahim Paşa Dadaşov küçəsi– Azadlıq prospekti m/st xətti üzrə hərəkət edir. Ümumi uzunluğu 25.8 km-dir.
Qeyd edək ki, “BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız “BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. “BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni “BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər “BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ “BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız “BakıKart”ları və daimi istifadə üçün plastik “BakıKart”ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər. “BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024