Mobil versiya
Azərbaycanı silkələyən zəlzələnin İrandakı ilə bağlılığı yoxdur - AÇIQLAMA
Tarix: 16-11-2017 | Saat: 10:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanı silkələyən zəlzələnin İrandakı ilə bağlılığı yoxdur - AÇIQLAMA


Noyabrın 15-də yerli vaxtla saat 23:48:03-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Növbəti zəlzələ noyabrın 16-da saat 02:02:27-də Bərdə ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bildirib ki, hazırda yeraltı təkanlar davam edir:
"Azərbaycanda qeydə alınan zəlzələnin İrandakı zəlzələ ilə heç bir bağlılığı yoxdur. Bu tamamilə başqa şeylərdir. Bu, Azərbaycanın özündə dərinlik qırılmaları ilə bağlı qeydə alınan zəlzələdir. Mən İrandakı zəlzələ ilə bağlı açıqlama verərkən dedim ki, güclü, dağıdıcı zəlzələ gözlənilmir. Azərbaycanda ilin əvvəlindən indiyə qədər 4 minə qədər zəlzələ baş verib. Bunların heç biri dağıdıcı olmayıb.
Sadəcə budəfəki yeraltı təkanlar 25 kilometr dərinlikdə baş verdiyinə görə hiss olunma dairəsi genişdir. Dünəndən etibarən ocaqda 30-a yaxın avtoşoklar baş verib. Parçalanma, enerji boşalması davam edir”.

Q.Yetrimişli bildirib ki, ərazidə güclü zəlzələ təkrarlana bilməz.

Qeyd edək ki, Q.Yetirmişli bir neçə gün əvvəl İran-İraq sərhəddində baş verən güclü yeraltı təkanların Azərbaycandakı zəlzələ ocaqlarını oyatmaq gücündə olmadığını açıqlamışdı.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024