Mobil versiya
Maştağada da Məhərrəmliyin radikal adət-ənələri unudulur
Tarix: 15-11-2017 | Saat: 16:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Maştağada da Məhərrəmliyin radikal adət-ənələri unudulur


Hicri qəməri tarixinin Məhərrəm və Səfər aylarında əza saxlamaq, toy, şənlik keçirməmək adət halını alıb. Bu iki ayda əsasən şiə təriqətindən olanlar əza saxlayır, mərsiyə oxuyur, şənliklərdə, toylarda iştirak etmirlər. Əsrələrdən üzü bəri davam edən adətlərə Azərbaycanda əməl edənlər az deyil.

Yaxın günlərdə Səfər ayı başa çatacaq.


Maştağalı din xadimi hacı Məhəmməd Modern.az-a bu kənddəki dini adət-ənənədən danışıb. Deyib ki, kənd sakinləri əsrlərdir İmam Hüseyn tərəfdarlarına yas saxlayır.

“Hətta bəzi sünnilər də peyğəmbərin övladına əza saxlayır. Bu adət-ənənə uzun illərdir ki, bizim kənddə qalmaqdadır. Sovetlər dönəmindən ta indiyədək Məhərrəm ayında toy etməmişik, şənlik keçirməmişik, hətta bəzən teleçəkilişlərə belə, qara geyimdə çıxmışıq. Bu əzadarlığın ifrat formasıdır deyə bilərik,ancaq heç də ayıb deyil, biz həm çöldə, həm də daxilimizdə əzadar olmuşuq”.

Hacı Məhəmməd qeyd etdi ki, İmam Hüseyn və tərəfdarlarının qırxı Səfər ayında çıxdığı üçün müsəlmanlar arada boşluğun qalmasını istəməyiblər. Buna görə də əzadarlığa davam ediblər. Nəticədə 2 ay əza davam edir.

“5-6 il əvvələ qədər məscidlərdə zəncir vurmaq adət halını almışdı. Ancaq zamanla bu adət yavaş-yavaş aradan qaldırılıb. İran, İraq kimi ölkələrdə hələ də bu ənənə davam etməkdədir, Bizdə isə yox”.


Hacı Məhəmmədin sözlərinə görə, zəncir vurmaq, baş yarmaq, sinə döymək kimi adət-ənənələr peyğəmbərin, eləcə də imamların dövründə olmayıb. Sonradan kimlərsə tərəfindən yaradılıb və ətrafdakılara bəyəndirilib, beləcə adət kimi formalaşıb.


“Buna ahu da demək olar, bunlar bir növ əzadarlığın atributlarıdır. Ümumiyyətcə qeyd edim ki, son illərdə zəncir vurmaq, baş yarmaq əvəzinə ehtiyacı olan şəxslərə qan vermək kimi həm gözəl xüsusiyyət yaranıb, həm də bu zəncir vurmaqdan daha çox savabdır. Zəncir vurmaq isə bədənə ziyan vurmaqdan başqa bir şey deyil, əksinə, bədənə ziyan vurduğu üçün haramdır”.

Hacı Məhəmməd Maştağa, Nardaran və Bakının bəzi kənd və qəsəbələrində qalan ağsaqqallıq mövzusu haqqında da danışıb:


“Adət-ənənə bu gün Maştağa, Nardaran və başqa kəndlərimizdə, eləcə də dünyanın bir çox yerlərində qalmaqdadır. Ərəblər ağsaqqallara şeyxlər deyirlər. Ağsaqqal hökm deyil ki, qolu güclü olsun ya pullu olsun və ya əksinə müflis olsun. Ağsaqqal odur ki, insanlar onun ağlından istifadə edə bilsin. Kimin kamil ağlı varsa,yaxşı məsləhət verə bilirsə, o ağsaqqaldır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024