Rəssam Səadət gözəllik sirlərini açıqladı
Tarix: 15-11-2017 | Saat: 13:36
Bölmə:Karusel / Aia TV | çapa göndər
" Səadət xanım, bu gözəllik sizə haradan gəlib və bunu necə qoruyub saxlayırsınız" sualına tez-tez rast gəlirəm və eyni cavabı verirəm. Əvvəlcə gözəllik insanın daxilində olmalıdır. İkinci bir tərəfdən istər sənətdə, istər başqa sahədə olan xanımlarımız xarici görünüşlərinə mütləq fikir verməlidirlər". Bunu aia.az-a açıqlamasında istedadlı rəssam və dizayner Səadət deyib.
Rəssam gözəl qalmağın sirlərini də bölüşüb: "Mən demirəm bu, böyük məsrəfdən ibarətdir, böyük zəhmət tələb edir. Sadəcə olaraq, qoy xanımlarımız idmanla məşğul olsunlar. Elə öz evlərində yuxudan oyandılar, 10 - 15 dəqiqə səhər idmanla məşğul olsunlar. Bu, həm daxili orqanların sağlamlığıdır, gün ərzində yaxşı əhval - ruhiyyəni qaldırır, həm də xarici gözəlliyin üstünə bir da gözəllik gətirir. İdman mütləqdir".
Rəssam xarici gözəlliklə daxili gözəlliyin vəhdət təşkil etdiyini də vurğulayıb. Səadət xanım gözəlliyin bəxtlə yox, ağılla daha bağlı olduğunu da əlavə etdi: "Gözəlliyin digər bir sirri isə budur ki, bacar, öz içində hər şeyi gözəl gör, gözəl seç, hər şeyə gözəl bax. Yəni insanın içində xəbislik, paxıllıq, bəzi xoşagəlməyən şeylər yoxdursa, o, mütləq büruzə verməlidir. Mən çox rast gəlmişəm və o xanıma baxmışam, çox heyfsilənmişəm ki, kaş onun içindəki xoşagəlməyən bu qüsurlar olmayaydı. Əgər onlar olmasaydı, bu xanım necə gözəl olardı! Mən sadəliyə üstünlük verirəm. Deyirlər ki, gözəlin bəxti gözəl olmaz. Mən bu sözlə heç razı deyiləm. Gözəl olub ağılsız da olmaq olar, gözəl olub ağıllı da olmaq olar. Bəzən deyirlər ki, xarici görünüşün əhəmiyyəti yoxdur. Yox, bunun da əhəmiyyəti var. Amma daxili gözəlliklə xarici gözəlliyi bir-birinə tapıb uzlaşdırsan, onda daha gözəl olar".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024