Mobil versiya
AST Telmanla bağlı şok məlumat: Lənkəranskini “Lotu Quli”yə satıb
Tarix: 14-11-2017 | Saat: 12:18
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

AST Telmanla bağlı şok məlumat: Lənkəranskini “Lotu Quli”yə satıb



Rusiyada 2 nəfərin ölümündə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilən məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov haqqında sensasion məlumat yayılıb.

AzVision.az “CrimeRussia” saytına istinadən xəbər verir ki, iş adamı İstanbulda qətlə yetirilən “Rövşən Lənkəranski” kimi tanınan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin yerini onun düşmənlərinə deyib.

Türkiyə xüsusi xidmət orqanları hesab edirlər ki, Telman İsmayılov “Rövşən Lənkəranski”nin hansı oteldə olacağını “Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifova çatdırıb.

Qeyd edək ki, “Rövşən Lənkəranski”yə sui-qəsd İstanbulda gerçəkləşdirilib. Azərbaycanlı “oğru”nu çoxsaylı mühafizəçilər müşayiət etsələr də, Rusiyadan gələn 6 nəfərlik killer qrupu “Rövşən Lənkəranski” ilə yanaşı, onun iki cangüdənini ağır yaralayıblar. “Rövşən Lənkəranski” isə aldığı güllə yaralarından İstanbuldakı klinikaların birində keçinib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024