Mobil versiya
Soyğunçuluq edən şəxslər tutuldu
Tarix: 11-11-2017 | Saat: 13:15
Bölmə:Cəmiyyət | çapa göndər

Soyğunçuluq edən şəxslər tutuldu


Noyabrın 10-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birindən 2 ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Arif Əlizadə 1-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bundan başqa Bakı şəhər sakini Z.Arefyevayanın içərisində 180 manat, mobil telefon və sənəd olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Quba rayon sakini Samir Quliyev və Masallı rayon sakini Tərlan Abbasov Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Anoloji hadisə Tovuz rayonunda baş verib. Belə ki, rayon sakini Həsən Məmmədovun 250 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini Sultan Zeyniyev Tovuz RPŞ və Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Eyni zamanda Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ləj və Qurunba kəndlərinin ərazisində şirkətlərdən birinə məxsus, ümumilikdə 285 metr dəmir borunu oğurlamaqda şübhəli bilinən Yuxarı-Nüvədi kənd sakini Xalid Cahangirov tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024