“Azərişıq”-ın uğurlu fəaliyyəti davam edir
Tarix: 07-11-2017 | Saat: 16:28
Bölmə:Manşet / Ölkə / Seçilənlər-6 | çapa göndər
Baba Rzayevin rəhbərliyi ilə ASC Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində özünə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işləri yerinə yetirmişdir
Məlum olduğu kimi, məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Bu gün Ölkə Prezidenticənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir. Dövlət başçımızın təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada lider mövqeyinə yüksəlmişdir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının potensial qüdrəti getdikcə artmaqdadır. İqtisadiyyatın sürətli inkişafı iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkan yaratmışdır. Bu baxımdan “Azərişıq” ASC-nin uğurları təqdirəlayiqdir.
“Azərişıq” ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC artıq iki ildən çox bir müddətdir ki, bütün ölkə ərazisində genişmiqyaslı yenidənqurma və təmir işləriaparır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdıdılır və kabel xətləri çəkilir. Bütün bunlar, inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatlığı üçün həyata keçirilir.
Etiraf etmək lazımdır ki, iki il bundan öncə, “Azərişıq” ASC yaradılarkən qurumun qarşısında on illər boyunca yığılıb qalan problemlər vardı. Bir tərəfdən bu problemləri həll etmək, digər tərəfdən yeni qurumun formalaşmasını təmin etmək və eyni zamanda da şəffaflığı təmin etməklə yenidənqurma işlərini həyata keçirtmək lazım idi. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev prezidentin göstərişlərinin icrasına elə şəffaflığın təmin olunması məsələsindən başladı. Bunun üçün Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “Elektron Hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq 06.05.2015-ci il tarixdə “Azərişıq” ASC “Elektron Hökumət” portalına qoşuldu və həmin gün “Texniki Şərt üçün müraciət forması” adlı elektron xidmət portal üzərindən vətəndaşlara təqdim edildi.
Dövlət başçısının həyata keçirdiyi yeni inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.
Bu gün Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində “Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər yerinə yetirilib. “Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, “Azərenerji” ASC ilə razılaşdırılmış, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatın proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilmişdir.
Tədbirlərin yerinə yetirilməsi məqsədilə Nazirlər Kabinetinin 11 aprel 2016-cı il tarixli 207 S saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üzrə 2016-2025-ci illər üçün Tədbirlər Planı (Master Plan)” çərçivəsində istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən paylayıcı elektrik şəbəkələrində 2017-ci ilin yanvar-sentyabr aylarında irimiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılmışdır.
Bir sözlə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024