Sabirabad bu gün – ərzaq təhlükəsizliyi təmin olunacaq
Tarix: 07-11-2017 | Saat: 13:20
Bölmə:Manşet / Ölkə / Seçilənlər-4 | çapa göndər
Bu gün Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar regionlarımızın sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir. O cümlədən, hazırda dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Sabirabad rayonudur.Sabirabad rayonu respublikanın iri kənd təsərrüfatı rayonlarından biridir. Torpağı və iqlim şəraiti bu rayonda bir çox kənd təsərrüfatı məhsullarını yetişdirməyə imkan verir. Xüsusilə pambıqçılıq və taxılçılıq isə, rayonun ənənəvi sahələri hesab olunurlar.Bu səbəbdən də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından Sabirabad rayonu önəmli mövqeylərə sahibdir.Son vaxtlar isə, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün dövlət tərəfindən əlavə tədbirlər də görülür.
Dövlət proqramlarından irəli gələn vəzifələr uğurla yerinə yetirilir
Xüsusən dövlət başçısı tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Sabirabadda qızğın iş gedir. Rayon rəhbərliyi həmin proqramlardan irəli gələn vəzifələrin icrası üçün bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bu gün Sabirabadınaqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir. Bunu da qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən yaradılan bu şəraitdən düzgün yararlanıb rayonda davamlı inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq baxımından Sabirabad Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu gün RİH-nin başçısı cənab Nazim İsmayılovun səmərəli idarəetmə təcrübəsi və sabirabadlıların özlərinin zəhmətsevərliyi sayəsində rayonda bütün sahələrdə dinamik inkişaf müşahidə olunur.Rayon ictimaiyyətinin böyük əksəriyyətinin rəyinə görə isə, məhz Nazim İsmayılovun Sabirabad RİH-nə başçı təyin olunmasından sonra bölgədə regionların inkişafına dair dövlət proqramlarının icrasında daha yüksək dinamika müşahidə olunmağa başlanmışdır.
Qısa arayış:
Nazim İsmayılov 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstilik-energetika mühəndisi fakültəsini bitirib. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub. 1994-2001-ci illərdə Göyçay RİH başçısının müavini, 2001-2006-cı illərdə Göyçay RİH başçısı, 2006-2011-ci illər ərzində Şamaxı RİH-nin başçısı vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 21 aprel 2011-ci il tarixli sərancamına əsasən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
İqtisadi göstəricilər ürəkaçandır
Artıq qeyd etdiyimiz kimi, Sabirabad rayonunun iqtisadiyyatının əsasını pambıqçılıq və taxılçılıq təşkil edir. Həmçinin bu sahələrlə yanaşı rayonda baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilir. Təbii ki, hər hansı bir sahədə inkişafdan danışarkən, ilk növbədə həmin sahədə iqtisadi göstəricilərin konkret rəqəmlərdə necə ifadə olunduğu diqqət mərkəzinə gətirilir. Bu baxımdan oktyabr ayının 12-də Nazim İsmayılovun sədrliyi ilə “Sabirabad rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” mövzusunda keçirilmiş geniş Şura iclasında təqdim olunan rəqəmlər də böyük maraq doğurur. Belə ki, RİH başçısının hesabat-məruzəsində təqdim olunan faktlara görə cari ildə 24620 hektar taxıl sahəsində biçin aparılmış və 95720 ton taxıl istehsal edilmişdir ki, bunun 57319 tonu buğda, 38401 tonu isə arpa olmuşdur. Hər hektardan ümumi məhsuldarlıq 38,9 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40,3 sentner olmuşdur. Ötən illə müqayisədə taxıl istehsalı 258 ton, məhsuldarlıq isə 0,9 sentner çoxdur. 2018-ci ilin məhsulu üçün payızlıq əkinə başlanılmışdır. Artıq 568 hektar sahədə arpa, 388 hektar sahədə isə təzə yonca əkilmişdir. Bundan başqa cari ildə 5 tona qarşı 5 ton 34 kq barama istehsal olunmuşdur. Görülmüş tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda da barama istehsalı xeyli artacaqdır.
Pambıqçılığın inkişafı xüsusi diqqət mərkəzindədir
Bu ilin doqquz ayı ərzində də Sabirabadda pambıqçılığın daha da inkişaf etdirilməsi məqsədilə xeyli işlər görülmüşdür. Belə ki, 7500 hektar «MKT İK» MMC Sabirabad rayon filialı, 4512 hektar «Azərpambıq» MMC, 930 hektar «Kənd təsərrüfatı» MMC, 66 hektar «Şamo» MMC tərəfindən və 2047 hektar isə fərdi qaydada əkilmişdir. Ümumilikdə 15 min 55 hektar sahədə pambıq əkini aparılmışdır. Pambıq sahələrində həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində bol məhsul yetişdirilmişdir. Bu günə kimi 8 min tondan yuxarı xam pambıq tədarük edilmişdir ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Hazırda pambıq yığımı uğurla davam etdirilir. «MKT İK» MMC Sabirabad rayon filialının rayonun Axtaçı Muğan kəndində yerləşən emal müəssisəsinin fəaliyyəti gücləndirilmişdir. Şirkət tərəfindən Moranlı və Qaratəpə kəndlərində, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən isə Qaralar kəndi ərazisində pambıq qəbulu məntəqələri tikilib istifadəyə verilmiş və hazırda həmin məntəqələrdə xam pambığın tədarükünə başlanılmışdır.
Heyvandarlıq və quşçuluq sahələrində də inkişaf müşahidə olunur
Rayonda heyvandarlığın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi sahəsində müəyyən tədbirlər həyata keçirilir. İribuynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1694 baş artaraq 119803 baş, xırdabuynuzlu mal-qaranın sayı isə 4987 baş artaraq 220330 baş olmuşdur. Nizami kəndi ərazisində hər biri ildə 75 milyon ədəd yumurta, 600 ton quş əti istehsal edəcək və 150 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulan «Sabirabad quşçuluq» və «Muğan quşçuluq» fabriklərinin tikintisi aparılır. «Sabirabad quşçuluq» fabrikinin tikintisi başa çatmaq üzrədir və yaxın günlərdə istifadəyə veriləcəkdir.
Yollar çəkilir, parklar salınır
Sabirabadda müşahidə olunan dinamik inkişafdan danışarkən, belə bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu il rayonda aparılan abadlıq-quruculuq işləri daha da sürətlənmiş, yeni iş yerləri açılmış, vətəndaşların sahibkarlıq fəaliyyəti xeyli genişlənmişdir. Belə ki, məhz hesabat dövrü ərzində ilk növbədə rayonun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan - Məmişlər – Qaralar – Qəfərli – Əhmədabad – Nərimankənd – Həşimxanlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2017-ci il 3045 saylı Sərəncamı ilə 15 kənd yaşayış məntəqəsini birləşdirən, uzunluğu 60 km olan Qalağayın – Osmanlı – Çöl Beşdəli – Zalqaraağac – Çöl Ağaməmmədli – Azadkənd – Muğan Gəncəli avtomobil yolunun tikintisi davam etdirilir.
Dövlət başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərin suvarma təminatının yaxşılaşdırılması üçün mənbəyi Kür çayından olmaqla uzunluğu 27 km olan «H» kanalının çəkilməsinə başlanılmış və birinci mərhələdə 7,8 km uzunluqda kanal istifadəyə verilmişdir. Kanalın qalan 19,2 km-lik hissəsinin çəkilişi ilə bağlı tədbirlər görülür. Tikintinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Layihənin tam başa çatdırılması 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır.
Sabir parkında yenidənqurma işləri aparılmış və fəvvarə quraşdırılmışdır. Heydər Əliyev prospektində Bayraq muzeyi tikilmişdir. Bayraq Meydanı genişləndirilərək ərazisi 2 hektara çatdırılmış və burada aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Həmçinin rayonda əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Rayon mərkəzi daxil olmaqla bir sıra yaşayış məntəqələrində, elektrik təsərrüfatında yenidənqurma işləri aparılmış, yarımstansiyalar yenidən qurulmaqla istismara yararsız dayaqlar yenisi ilə əvəz olunmuş, «SİP» kabel çəkilməklə və «SMART» kart tipli sayğaclar quraşdırılaraq elektrik təsərrüfatında yenidənqurma işləri aparılır. Hazırda 5 kənddə bu işlərə başlanılmışdır.
Əminliklə demək olar ki, bu gün Sabirabad rayonunun həm əhalisi, həm də rəhbərliyi artıq əldə olunmuş nailiyyətləri daha da yüksəltməkdə tam qərarlıdırlar. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov da ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda etdiyi çıxışında bir daha vurğulamışdır ki, rayon rəhbərliyi və bütün sabirabadlılar Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarınıhər zaman tam səfərbər edəcəklər.
aia.az
Samir Hüseynov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024