Mobil versiya
Nazirdən manat AÇIQLAMASI
Tarix: 07-11-2017 | Saat: 12:28
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nazirdən manat AÇIQLAMASI


2017-ci ildə Azərbaycan makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin milli valyutaya inamının bərpası prosesinin ilk mərhələsinin yekunu üzrə məqsədlərə çatıb.
AIA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin 2018-ci il dövlət büdcəsi və icmal büdcə layihələrinin müzakirəsində deyib.

Nazir qeyd edib ki, bu, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi tədbirlər sayəsində mümkün olub.

S.Şərifov bildirib ki, dövlət və icmal büdcələri layihələri qlobal və milli iqtisadiyyatda gözləntilər nəzərə alınmaqla hazırlanıb: "Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 milyard, xərcləri isə 20,905 milyard manat səviyyəsində proqnozlaşdırılır. Neftin qiyməti dövlət büdcəsində 45 dollar/barel qeyd edilib".

O əlavə edib ki, gələn il Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 7,907 milyard manat, Dövlət Gömrük Komitəsi - 2,43 milyard, Dövlət Neft Fondunun xətti ilə isə 9,216 milyard manat səviyyəsində olacağı gözlənilir.
AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024