Mobil versiya
"Deyir ki, 35 min verim şikayəti geri götür"
Tarix: 04-11-2017 | Saat: 18:10
Bölmə:Karusel / Aia TV | çapa göndər

"Deyir ki, 35 min verim şikayəti geri götür"


Müğənni Samir Piriyev uzun müddətdir qalmaqal yaşadığı şoumen Kamran Həsənli ilə bağlı yeni iddia irəli sürüb.

Bu haqda Axşam.az-a sənətçinin vəkili Ceyhun Yusifov deyib. O bildirib ki, Həsənli Samirə şikayətini geri götürmək üçün pul təklif edib:

"Kamran Həsənli bu aralar ayrı-ayrı adamlardan söz eşitdirir ki, 35 min verim, şikayətini geri götürsün. Samir Piriyevin "yox" cavabından sonra hədə-qorxu gəlib. Deyir ki, indi Samir görər, hər yerə şikayət edəcəm.Himayədarlarının vasitəsilə dünən həm Bakı Şəhər Prokurorluğun, həm də Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin qəbuluna düşən Kamran iki gündür hər yerdə deyir ki, məsələmi həll etdim.

Bu qədər sübut ola-ola necə iki qəbuldan sonra hər şey dəyişdi? Nəyi dəyişdi ki? Kamran məsələni necə həll edə bilər?

Türkiyədə obyektin mövcudluğundan danışır. Orada obyektin olması, Kamranın Samirə Bakıda vəd verib aldatmasında, dələduzluqedərək pul almasındavə şirkətin iflas etdiyini deməsinin nə əlaqəsi var? Yalan danışmaq məsələ həll etmək deyil".

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Məmmədoğlu isə polisə ifadə verərək K.Həsənlinin günahsız olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024