Mobil versiya
Nadir hansı müğənninin qızını oğluna almaq istəyir?
Tarix: 03-11-2017 | Saat: 15:57
Bölmə:Aia TV | çapa göndər

Nadir hansı müğənninin qızını oğluna almaq istəyir?


Müğənni Nadir Qafarzadə oğlunu evləndirmək istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “5/5” verilişində deyib. O bildirib ki, sənət dostlarından birinin qızını oğluna almaq istəyir. Nadir həmin müğənninin adını çəkmək istəməyib:

“Onu demək istəmirəm. Birdən alınmaz. Qəşəng, savadlı və tərbiyəli qızdır. Mən adam tanıyanam, görən kimi dedim evimin gəlini olsun. 20 yaşı deyəsən olacaq. Özünə deməmişəm. Ürək etmirəm. Dostluğumuz var. Oğlumu xanım görüb, qızı yox. Həyat yoldaşımın da, mənim də ürəyimizdən o qız keçir”.

Qafarzadə daha sonra aparıcı Zaur Kamalın qulağına sənətçi xanımın adını deyib.

Z.Kamal "Müğənninin adı “N” hərfi ilə başlayır və xanımdır" deyib. Aparıcının “Zəng edim efirdə deyim ki, Nadir elçi gəlmək istəyir” sözlərinə müğənni etiraz edib:

“Yox, demə, oğlum əsəbiləşər. Hələ ondan soruşmamışam. Heç qarşı tərəf də nə reaksiya verər bilmirəm”.

Qeyd edək ki, Qafarzadənin iki oğul övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024