Mobil versiya
Keçmiş məhkum uşaq bağçasından oğurluq edib
Tarix: 03-11-2017 | Saat: 11:53
Bölmə:Cəmiyyət | çapa göndər

Keçmiş məhkum uşaq bağçasından oğurluq edib


Noyabrın 2-də saat 3 radələrində Daxili İşlər Nazirliyinin (DİN) "102” Xidməti Zəng Mərkəzinə Nəsimi rayonu ərazisindəki uşaq bağçalarından birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, məlumat aidiyyatı üzrə ötürülüb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Hadisə yerinə gələn polis əməkdaşları pəncərədən içəri daxil olan şəxsin oradakı seyfdən açar seçmək yolu ilə 1750 manat pulun oğurladığnı müəyyən ediblər.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri qısa zamanda öz nəticəsini verib. Oğurluğu törədən şəxs çox uzağa getməyə macal tapmayıb. Şübhəli yaxınlıqdakı küçələrin birində saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abdinov olduğu məlum olub.

Ondan "drel”, üzərinə baxış zamanı isə 1726 manat pul və 8 ədəd seyf açarı aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs törətdiyi əməli, həmçinin götürdüyü puldan bir hissəsini kontura və digər şəxsi ehtiyacına xərclədiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024