Mobil versiya
Ayını öldürənlərdən Baş Prokurorluğa şikayət
Tarix: 03-11-2017 | Saat: 10:59
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ayını öldürənlərdən Baş Prokurorluğa şikayət



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) "Ətraf mühitin mühafizəsi haqqında”Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, Quba rayonunda keçirilənreyd zamanı şöbənin əməkdaşları meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət etdiyini görərək onlarla danışmaq istəyiblər, lakin həmin şəxslər xurcunları və kisələri ataraq ərazidən uzaqlaşıblar.
Xurcun və kisələrin atıldığıəraziyə keçirilən baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətlərivə bir qədər aralıda ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlıakt tərtib olunub.
İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyən edilib.

Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlarbarəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024