Mobil versiya
"Dilim uzundur..." - Aytən
Tarix: 02-11-2017 | Saat: 18:40
Bölmə:Aia TV | çapa göndər

"Dilim uzundur..." - Aytən


“ATV kulis” verilişinin növbəti qonağı aparıcı Aytən Səfərova olub.

Axşam.az-ın məlumatına görə, aparıcı öz ünvanına təriflər yağdırıb:

“Tənqid olmayan yerdə püxtələşmək mümkün deyil. Mən də bu gün Aytən Səfərova olmağımı tənqidlərə borcluyam. Peşəkar hər yerdə peşəkar olmalıdırlar. Sırf xəbərdə peşəkar olmaq yetmir. O qədər televiziya aparıcıları var ki, efirdə görünmürlər və onları yada salan da yoxdur. Eləsi var ki, bir il görsənməsə, hamı onu soruşur. Elə bir aparıcı olmaq lazımdır. Xəbər aparıcısının yumor hissi də olmalıdır. Təvazökarlıqdan uzaq olsa da... Məni buna görə tamaşaçılar yadda saxlayır”.

A.Səfərova sosial şəbəkələrdən danışıb:

“İndi sosial şəbəkələr efirdən maraqlıdır, çünki orada sərhədlər yoxdur. 21 ildir radioda çalışıram. Özümü onsuz təsəvvür edə bilmirəm.

Hərdən məni də əsəb tutur. Düz danışmağı xoşlayıram. Çox vaxt dediklərimdən peşman oluram. Dilim uzundur, bunu etiraf edim”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024