Mobil versiya
Ərəb bloqqer: "Bakı artıq şopinq məkanına çevrilib"
Tarix: 02-11-2017 | Saat: 16:19
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ərəb bloqqer: "Bakı artıq şopinq məkanına çevrilib"


"Bakı Şopinq Festivalı unikal mövsümi hadisədir. Bu festival Azərbaycanın turizmin inkişafı sahəsində qısa vaxt ərzində böyük irəliləyişə nail olduğunu göstərir".

AİA.Az bakushopfest-ə istinadən xəbər verir ki, bu fikirləri turizm eksperti, tanınmış ərəb bloqqeri, "Kunuz əs-Siyaha" turizm konsaltinq qrupunun təsisçi üzvü Ənvər Abdullah Əbu Nəcm bildirib.

Bakı Şopinq Festivalınınn dünyanın bir sıra anoloji festivalları ilə rəqabət apara bildiyini deyən bloqqer, onun sosial şəbəkələrdə, yerli və dünya KİV-lərində geniş işıqlandırıldığını vurğulayıb.

"Bu dəfəki festival müdhiş endirimlərlə turistlərin diqqətini çəkib. Bakı artıq unudulmaz şopinqin məkanına çevrilir", - deyə Ənvər Abdullah Əbu Nəcm bildirib.

Qeyd edək ki, ərəb bloqqer sosial şəbəkələrdə turizmlə bağlı paylaşımları ilə məşhurdur. Onun Twitter-də idarə etdiyi "Azərbaycan ərəblərin gözü ilə" səhifəsinin 15 minə yaxın izləyicisi var.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024