Gələcəyin metallurqları alüminium zavodunda istehsalat prosesi ilə tanış olub
Tarix: 01-11-2017 | Saat: 11:40
Bölmə:Təhsil | çapa göndər
Azərbaycan Texnologiya Universitetinin (ATU) metallurgiya mühəndisliyi və maşın mühəndisliyi ixtisaslarında təhsil alan I kurs tələbələri Gəncədəki “DetAl" Alüminium Kompleksinin zavodlarında istehsal prosesi ilə yaxından tanış olub.
ATU-nun Mexanika və metallurgiya kafedrasının dosenti Nigar Əmiraslanovanın rəhbərlik etdiyi qrup əvvəlcə kompleksin baş direktoru Cəmil Səfərov ilə görüşüb. Baş direktor bildirib ki, kompleksin zavodlarında buraxılan müxtəlif markalı alüminium yarımfabrikat məhsulları avtomobil, kimya, qida sənayesi, inşaat, elektrik, kommunikasiya və digər sahələrdə geniş istifadə olunur, yerli və xarici bazara çıxarılır. Tələbələrə əlvan metalların sənyedə və məişətdə istifadəsindən, cəmiyyət üçün əhəmiyyətindən də danışan Cəmil Səfərov qeyd edib ki, ölkədə metallurgiya mühəndisləri üçün potensial iş yerləri hesab olunan bir neçə böyük müəssisə fəaliyyət göstərir. Onların hər birinin, o cümlədən “DetAl" Alüminium Kompleksinin metallurgiya ixtisası üzrə yaxşı yetişmiş mütəxəssislərə həmişə ehtiyacı var.
Zavodun əməyin mühafizəsi üzrə mühəndisi və ayrı-ayrı sexlərin rəhbərləri ilə görüşərək müəyyən təlimatlar alan tələbələr həmin məsul şəxslərin müşayiəti ilə ilə kompleksin zavodlarında metaltökmə, fasiləsiz yayma, soyuq yayma, təzyiqlə emal, boyama, elektroliz, isti və soyuq yayma, profil istehsalı, termik emal, maye metalın alınması prosesləri ilə yaxından tanış olublar. Gələcyin mühəndisləri bildirib ki, bu komplekslə tanışlıq onlara seçdikləri ixtisasın əhəmiyyətini bir daha anlamaq imkanı verib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər