Mobil versiya
Bakı sakini oğurluq etdiyi evə illər sonra basqın etdi
Tarix: 30-10-2017 | Saat: 12:00
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakı sakini oğurluq etdiyi evə illər sonra basqın etdi


Oktyabrın 23-də iki nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər –Səyavuş Səfiyev və Kamal Fərhadov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvü K.Fərhadovun bir neçə il əvvəl qeyd edilən mənzildən oğurluq edib. K.Fərhadov həmin cinayətə görə məhkum olunub azadlığa çıxandan sonra tanışı S.Səfiyevə yenidən həmin evin sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib.
Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə tədbirlərlə onların paytaxtın Nizami və Binəqədi rayonlarında quldurluq, Qəbələ rayonunda isə oğurluq cinayəti törətdiyi müəyyən edilib.

Qeyd edək ki, dəstə üzvləri basqın etdikləri evlərə daxil olmaq üçün zərərçəkənlərə özlərini qonşu kimi təqdim ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Xətai RPi müraciət edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024