Mobil versiya
ATU-da “Unibook” elektron universitet sisteminə keçidlə bağlı müqavilə imzalanıb
Tarix: 28-10-2017 | Saat: 12:00
Bölmə:Manşet / Təhsil | çapa göndər





Azərbaycan Texnologiya Universiteti (ATU) ilə ölkənin qabaqcıl texnologiya şirkətlərindən olan “Neuron Technologies” arasında müqavilə imzalanıb. Müqavilə müasir dünya texnologiyalarına əsaslanan “Unibook” – təhsilin informasiya idarə etmə sisteminin universitetdə tətbiqini nəzərdə tutur.

Şirkətin rəsmiləri ilə söhbət zamanı ATU-nun rektoru, professor Akif Süleymanov universitetdə son dövrdə görülən işlərdən, yaradılmış çevik və şəffaf təhsil mühitindən danışıb. Elktron universitet sisteminə qoşulmağın artıq dövrün tələbi kimi qarşıda durduğunu deyən rektor qeyd edib ki, bu amil də obyektivliyin daha geniş tətbiqinə imkan verəcək.

"Neuron Technologies" şirkətinin direktoru İsmayıl Ələkbərov isə elektron universitet proqramına keçidin qazandıracağı üstünlüklərdən danışıb. O bildirib ki, bu sistem çoxsaylı kateqoriyalarda hesabatları bir toxunuşla əldə etməyə, dərs cədvəllərinin “çəkib dartma” üsulu ilə tərtibinə, tədris materiallarının tələbələrə audio, video və digər formatlarda onlayn çatdırılmasına, universitet kontingenti arasında sosial şəbəkə forumlarının aparılmasına, elektron imtahanların keçirilməsinə, yazılı imtahan vərəqələrinin barkod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan təşkili və yoxlanılmasına imkan yaradır.

“Unibook” – təhsilin informasiya idarə etmə sisteminin tətbiqi həmçinin tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılmasını, tədris prosesinin, təhsilin məzmunun və insan resurslarının elektron idarə edilməsini təmin edəcək. Sistem vasitəsilə eyni zamanda elektron qiymətləndirmə, elektron imtahan və təqaüd hesablanması da həyata keçiriləcək. “Unibooka” daxil olmaq istəyən tələbə və müəllimlərə verilən onlayn giriş imkanı ilə onlar istənilən məlumatı öyrənə biləcəklər.

İsmayıl Ələkbərov bildirb ki, hazırda Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunan “Unibook” platforması “Made in Azerbaijan” brendi altında xarici ölkələrə də ixrac edilməyə başlanıb.

Sonra ATU-nun rektoru, professor Akif Süleymanov və “Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov tərəfindən universitetdə “Unibook” – təhsilin informasiya idarə etmə sisteminin tətbiqinə dair müqavilə imzalanıb.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024