Mobil versiya
AzMİU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib
Tarix: 26-10-2017 | Saat: 16:27
Bölmə:Təhsil | çapa göndər

AzMİU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib




Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova şura üzvlərini, iclasda iştirak edən müəllimləri salamlayıb, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti, bu günlərdə dünyasını dəyişmiş Səlahəddin Süleymanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor gündəlikdə duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib, şuranın genişləndirilmiş iclasının keçirilməsi səbəblərinə aydınlıq gətirib. Bildirib ki, bu günki iclasa şura üzvləri ilə yanaşı, müəllimlərin də dəvət edilməsi, müzakirə olunacaq məsələlərin birbaşa onlara aidiyyatı olmasıyla bağlıdır.
Sonra iclasın gündəliyi elan olunub. AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov 2016-17-ci tədris ilinin yay imtahan sessiyasının, buraxılış işlərinin, magistr dissertasiyalarının müdafiəsinin nəticələriylə bağlı geniş hesabatla çıxış edib. Hesabatda adıçəkilən mövzularda əldə edilmiş uğurlar və yol verilmiş səhvlər barədə fikirlər səsləndirib, fakültə və kafedraların işində olan nöqsanları açıqlayıb.
Prorektorun əhatəli çıxışından sonra mövzu ətrafında müzakirələr aparılıb, fakültə və kafedra rəhbərləri açıqlamalar veriblər. Universitetin İKT mərkəzinin direktoru Sərxan Talıbzadənin də hesabatı dinlənilib. “Tədrisin idarə olunmasında İKT-nin rolu” mövzusunda danışan S.Talıbzadə tədrisin səviyyəsini qaldırmaq, dərslərin fərqli, tələbə üçün daha maraqlı olması üçün müəllimlərin yeni texnologiyalardan istifadə etməsinin vacibliyini vurğulayıb.
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024