Binəqədidə 56 il əvvəl tikilən dəmiryol körpüsü təhlükə mənbəyinə çevrilib - FOTO
Tarix: 26-10-2017 | Saat: 15:07
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən dəmiryolu körpüsü uçulub dağılır. Üzərindən qatar relsləri keçən körpünün bəzi hissələrində çatlar əmələ gəlib. Körpünün altından avtomobil və piyadaların keçdiyi yola tez-tez qum və daş parçaları tökülür.
Milli.Az xəbər verir ki, bunu virtualaz.org-a həmin ərazidə yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, artıq illərdir ki, körpü təmir olunmur: "Bu körpü 60 ilə yaxındır ki, tikilib. O vaxt necə tikilib istifadəyə verilibsə, həmin vaxtdan təmir üzü görməyib. Aşağıdan keçib getməyə qorxuruq, daş qırıntıları, qum başımıza tökülür", - deyə Binəqədi sakini Abuzər Veysəlov deyir.
Sakinlərin sözlərinə görə, körpüdən Bakının bütün yük və sərnişin qatarları keçir. Strateji obyekt olsa da, vaxtlı-vaxtında təmir edilmir: "Bütün qatarlar - həm yük, həm də sərnişin qatarları buradan keçir. Təzə açılan Bakı-Sumqayıt sürət qatarının da yolu buradandır. Amma təmir edən yoxdur, bir gün başımıza uçacaq", - deyə şikayətçilər bildirir.
Xatırladaq ki, dəmiryol körpüsü 1961-ci ildə tikilərək istifadəyə verilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər