Mobil versiya
Xırdalanda atışma olub? - Hüquq-mühafizə orqanları AYDINLIQ GƏTİRDİ
Tarix: 26-10-2017 | Saat: 12:08
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Xırdalanda atışma olub? - Hüquq-mühafizə orqanları AYDINLIQ GƏTİRDİ


Oktyabrın 25-də Abşeron rayonun Xırdalan şəhərində atışma olduğuna dair məlumat yayılıb. Bildirilib ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Hətta onların hər ikisinin zərərsizləşdirildiyi bildirilib, bəzi KİV-lər isə daha da irəli gedərək, öldürülənlərin qaçan məhbuslar olduğunu iddia edib.


Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, əslində Xırdalanda belə bir insident yaşanmayıb. Bəzi kütləvi informasiya vasitələri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qaradağ rayonunun Lökbatan qəsəbəsində dini ekstremizm zəminində həyata keçirdiyi əməliyyatı (dəqiqləşdirmədən) Xırdalanda hansısa insidentin baş verməsi kimi tirajlayıb. Bu isə Xırdalan sakinləri arasında narahatlığa səbəb olub.

DTX-dan Modern.az-a verilən məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin partlayıcı maddələr əldə edib dini ekstremizm zəminində Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, qeydə alınan fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, “Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu, “Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə