Mobil versiya
“Gələcəyini Qur!” layihəsinin iştirakçısı olan abituriyentlər ATU-da olub
Tarix: 25-10-2017 | Saat: 12:24
Bölmə:Təhsil | çapa göndər






“Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin iştirakçıları olan orta məktəblərin yuxarı sinif şagirdləri ilə Azərbaycan Texnologiya Universitetində (ATU) görüş keçirilib. Görüşdə 4 rayondan 82 şagird iştirak edib.

Silsilə tədbirlər çərçivəsində keçirilən görüşdə koordinator Turan Cəfərovanı layihə haqqında təqdimat ilə çıxış edib, indiyədək gənclərlə iş istiqmətində atılan addımlar və onların nəticələri haqqında danışıb. O, qeyd edib ki, BP şirkəti və tərəfdaşları tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. İlk mərhələdə Bakı, daha sonra isə Salyan məktəblərini əhatə edən layihə bu ildən etibarən fəaliyyətini genişləndirərək Ağdaş, Yevlax, Ucar və Kürdəmir rayonlarını da əhatə dairəsinə daxil edib. Bu rayonlardan olan yeniyetmələr 5 mərhələdən ibarət seçimlərdən keçərək layihədə iştirak hüququ qazanıblar. Turan Cəfərova bildirib ki, layihənin hədəf qrupuna daxil olan gənclər abituriyent olduğundan onlarla növbəti görüş məhz Azərbaycan Texnologiya Universitetində təşkil olunub.

Tədbirdə ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusibov universitet haqqında geniş məlumat verib. ATU-nun hazırki mütəxəssis hazırlığı proqramları, layihələri, əməkdaşlıq əlaqələri və qarşıdakı planlarından danışan prorektor bildirib ki, texnoloq ixtisasları günümüzdə ən çox tələbat olan peşə sahələrinə aid edilir. Gənclər bu sahəni seçməklə gələcəkdə özlərinə uğurlu karyera qura bilərlər.

ATU Davamlı İnkişaf Mərkəzinin direktoru Fədai Əfəndiyev isə gənclərin özlərini gələcəyə hazırlamasında motivasiyanın əhəmiyyəti haqqında çıxış edib. O, qeyd edib ki, məsuliyyətli və diqqətli olmaq onların gələcək uğurları üçün əsas zəmanətçi amillərdəndir.

Görüş ərzində çıxışçılar məktəblilərin suallarını cavablandırıblar. Tədbirdən sonra layihə iştirakçıları üçün Gəncə şəhər turu təşkil olunub.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024