Mobil versiya
Ziyafət Əsgərovun 54 yaşı tamam oldu - AD GÜNÜ
Tarix: 24-10-2017 | Saat: 17:53
Bölmə:Gündəm | çapa göndər

Ziyafət Əsgərovun 54 yaşı tamam oldu - AD GÜNÜ


Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun 54 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq elmləri namizədi, professordur.

1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olub.

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.

1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışıb. Hazırda konstitusiya hüququ kafedrasının professorudur.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək parlament sədrinin müavini, 2015-ci il noyabrın 24-dək Təhlükəsizlik və müdafiə komitəsinin sədri vəzifələrində çalışıb.


2015-ci il noyabrın 1-də 76 saylı Lənkəran-Astara seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı seçilib.


2015-ci il noyabrın 24-dən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədridir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.


Evlidir, 2 övladı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024