Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL
Tarix: 23-10-2017 | Saat: 17:33
Bölmə:Təhsil | çapa göndər
Cəlilabadın Alar kəndində yerləşən və Lətif Seyfullayev adlı şəxsin qeyri-qanuni şəkildə rəhbərlik etdiyi 2 nömrəli məktəblə bağlı yeni faktlar üzə çıxıb.
BakuPost.az-a daxil olan məlumata görə, məktəbə qeyri-qanuni rəhbərliyi 1 deyil, 2 nəfər edir. Kənd camaatının sözlərinə görə, onun müavini olan keçmiş direktor Həsənağa Əliyevin də bu işlə bağlı rəsmi təyinatı yoxdur.
Belə ki, Həsənağa Əliyev 2015-ci ildə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə direktor vəzifəsindən və 2 nömrəli məktəbdən uzaqlaşdırılıb. Onun yerinə müavini Lətif Seyfullayev təyin edilib. H. Əliyev də məktəbdən uzaqlaşdırılmasına baxmayaraq, müavin kimi fəaliyyət göstərməyə davam edib: "Bəzən isə hətta qeyri-qanuni direktorluq edir. Halbuki Həsənağa Əliyevin adı "direktor müavini” kimi rəsmiləşməyib. Qəribədir ki, Cəlilabad rayon İcra Hakimiyyəti və Təhsil şöbəsi Lətif Seyfullayevi direktor, Həsənağa Əliyevi isə direktor müavini kimi tanıyır, onları iclaslara çağırır, tapşırıqlar verir. Onların əməlləri ilə bağlı yuxarı instansiyalara müraciət olunsa da heç bir tədbir görülmür”.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev bu il ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.
Mövcud vəziyyətlə bağlı "Şərq”ə danışan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu baş verənlərin olduqca acınacaqlı olduğunu bildirib. O deyib ki, məktəbdə iki şəxsin qeyri-qanuni olaraq fəaliyyət göstərməsi təhsil sistemindəki boşluğun göstəricisidir:
"Bugünkü fakt göstərir ki, icra başçıları ilə Təhsil Nazirliyi arasında ciddi rəqabət var. Keçən il direktoruluğa qəbul imtahanları keçirildi və həmin imtahanda 54 bal toplamış namizəd kənarda qaldı, amma 8 bal toplayan şəxs direktor seçildi. Bunun səbəbi də o idi ki, icra başçısı həmin şəxsi dəstəkləyirdi. Hətta sonda M.Cabbarov icra başçılarına uduzduğunu qəbul edib Nazirlər Kabinetinin iclasında etiraf elədi və dedi ki, "biz bəzi sayda direktoru icra başçılarının razılığını almaqla məktəb direktoru təyin etmişik”. Bu o deməkdir ki, nazirin icra başçılarına gücü çatmır. İcra başçıları söz sahibləridir. İcra başçısının öz namizədi var idi, çünki o namizəd icra başçısının bütün dediklərini sözsüz olaraq yerinə yetirən adamdır.
Həmçinin icra başçılarının təyin etdiyi direktorlarla bağlı neqativ hallar baş verib. İşdən çıxarılmalar da məhz buna görə olub. Həmin neqativ hallarda Təhsil Nazirliyi onları işdən azad edir, lakin icra başçısı direktoru müdafiə edir. Cəlilabaddakı məktəbdə ikihakimiyyətlilik yaranıb, bu, təhsildə çox biabırçı bir vəziyyətdir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər