Mobil versiya
Üç evdən oğurluq edən şəxs tutulub
Tarix: 20-10-2017 | Saat: 18:58
Bölmə:Cəmiyyət | çapa göndər

Üç evdən oğurluq edən şəxs tutulub



Bakıda evlərdən oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov cari il oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilinin pəncərəsinin sındırıldığını, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizorun oğurlandığını bildirib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib. Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən daha 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.

Qeyd edilən faktla bağlı 12-ci PB-də toplanan material araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024