Mobil versiya
Bakı Şəhəri Təhsil İdarəsindən məktəbdəki insident haqda AÇIQLAMA
Tarix: 16-10-2017 | Saat: 17:46
Bölmə:Təhsil | çapa göndər

Bakı Şəhəri Təhsil İdarəsindən məktəbdəki insident haqda AÇIQLAMA


Bakı Şəhəri üzrə Təhsil İdarəsi 195 nömrəli tam orta məktəbin şagirdinin müəllimi tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Qaradağ rayonu 195 nömrəli tam orta məktəbdən verilmiş məlumatda bildirilir ki, həmin məktəbin idman müəllimi Famil Əbilov IX sinif şagirdi Cavid Nuriyevə fiziki tərbiyə dərslərində dəfələrlə iştirak etmədiyi üçün irad bildirib və digər idman müəllimlərinin yanında onu tənbeh edib. Müəllimin məqsədi şagirdə intizam qaydalarına riayət etməməsini bildirməkdən və onu tədrisə cəlb etməkdən ibarət olub.

Qeyd edək ki, Famil Əbilov 35 ildir 195 nömrəli tam orta məktəbdə müəllim işləyir. İşlədiyi dövrdə heç bir intizam tənbehi almayıb və kollektiv üzvlərinin hörmətini qazanıb.

Bu məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən F.Əbilov barəsində intizam tənbehi görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024