Nazir: Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan çox ziyan vurulub
Tarix: 29-10-2015 | Saat: 19:14
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
Erməni təcavüzü nəticəsində.
Ermənistanın hərbi təcavüzü nəticəsində minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb
Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Cakartada İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin III konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.
“Bundan əlavə, ölkə iqtisadiyyatına 60 milyard dollardan çox ziyan dəyib, minlərlə infrastruktur obyekti dağıdılıb, iqtisadiyyatın inkişafı üçün həlledici rol oynayan əmək ehtiyatları ciddi şəkildə azalıb”, - deyə, S. Müslümov vurğulayıb.
Nazir həmçinin Ermənistanın işğalçı siyasətinə qarşı nümayiş etdirdikləri birmənalı və davamlı mövqeyə görə İslam Əməkdaşlıq Təşkilatı Katibliyinə və üzv dövlətlərə bir daha təşəkkürünü bildirib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-10-2024
05-10-2024
04-10-2024