Mobil versiya
İntim xidmət adı ilə müştəriləri qarət edən dəstə üzvlərinə hökm oxundu – FOTO + VİDEO
Tarix: 29-10-2015 | Saat: 17:49
Bölmə:Parlament / Seçilənlər-3 / Aia TV / Karusel | çapa göndər


Hacıyev özünü Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinləri Məmmədəli Hacıyev (1989-cu il təv.), Əfsanə Hüseynova (1990-cı il təv.) və RF vətəndaşı Gülhüseyn Sadıqovun (1989-cu il təv.) CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2 (quldurluq, təkrar törədildikdə) və 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu il martın 30-da Xəzər RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Əfsanə Hüseynova, onunla qeyri-rəsmi nikah münasibətlərində olan həyat yoldaşı Məmmədəli Hacıyev və əvvəllər məhkum olunan Gülhüseyn Sadıqov tutulublar.

Araşdırma zamanı məlum olub ki, Əfsanə Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar Hacıyevin və Sadıqovun hücumuna məruz qalıblar. Məmmədəli və Gülhüseyn evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıblar.

İstintaqın gedişatında məlum olub ki, cinayətlərin törədilməsinə Gülhüseyn Sadıqov rəhbərlik edib, onların eyni üsulla 5 quldurluq cinayəti törətdikləri müəyyən edilib. Məmmədəli Hacıyev kikboksinqlə məşğul olub və zərərçəkənlərə güc tətbiq edərkən özünü Olimpiya çempionu Elnur Məmmədli kimi təqdim edib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini qismən təqsirli hesab ediblər.

Məhkəmənin hökmü ilə M.Hacıyev 10 il 6 ay, G.Sadıqov 9 il 6 ay və Ə.Hüseynova 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə