Mobil versiya
Yer üçün yeni böyük təhlükə
Tarix: 13-10-2017 | Saat: 12:13
Bölmə:Cəmiyyət / Aia TV | çapa göndər

Yer üçün yeni böyük təhlükə


Bu gün saat 9 radələrində "2012 TS4” asteroidi Yerə ən yaxın - 43 min km məsafədən keçdi. Bu, Yerlə Ay arasındakı məsafədən 10 dəfəyə qədər az idi.

aia.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

O bildirib ki, asteroidin sürəti saatda 28 min kilometr, yəni 1 saniyədə 7.6 km sürətlə hərəkət etdirdi. Uzunluğu 40 metr, diametri 10 metr idi.
X.Mikayılovun sözlərinə görə, ilk dəfə olaraq Yerə bu qədər yaxın məsafədən keçən asteroid heç bir təhlükəyə səbəb olmayıb:
"Əvəlcə onun orbiti müəyyən edilməmişdi. Ona görə də elm adamları tərəfindən onun Yerlə toqquşması, sunami təhlükəsi yaratması ilə bağlı iddialar var idi. Heç bir hadisə baş vermədən asteroid sakit şəkildə Yerin yaxınlığından keçib getdi”.

Direktor müavininin sözlərinə görə, 2029-cu ildə daha bir asteroid Yerə bundan da yaxın məsafədən keçəcək: "Yerə bu qədər yaxın məsafədən asteroidin keçməsi nadir hadisədir. Adətən, asteroidlər milyon kilometr məsafədən keçirlər. 2029-cu ildə Yerdən 37 min km məsafədən bir asteroid keçəcək. Təqribi hesablamalar göstərir ki, 2050-ci ilə qədər asteroidin Yerlə toqquşması ehtimalı milyonda bir hesab edilir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024