Mobil versiya
“Ölüm qrupları” Türkiyəyə göndərilir - Genişmiqyaslı hücum ƏMRİ VERİLDİ
Tarix: 11-10-2017 | Saat: 12:23
Bölmə:Cəmiyyət | çapa göndər

“Ölüm qrupları” Türkiyəyə göndərilir - Genişmiqyaslı hücum ƏMRİ VERİLDİ




Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətinə girməsindən təlaşa düşən PKK/PYD (PYD PKK terror təşkilatının Suriya qolu hesab olunur -red.) terror təşkilatı oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı keçirib.

Afrin, Tel-Abyad, Münbiç və Ayn əl-Arabda keçirilən toplantılarda Türkiyə ilə sərhədin bütün hissələrində hərbi güclərin möhkəmləndirilməsi barədə qərar qəbul edilib.

İdlibə daxil olan "Mehmetcik"in əsl hədəfinin Afrin və PKK olduğu vurğulanan toplantılarda terror təşkilatının rəhbərliyi döyüşçülərinə "Savaşa hazır olun!" təlimatı verib. Məlumata görə, Afrin toplantısında PYD-nin "hərbi komandiri" olan "Renas" kod adlı terrorçu İdlib əməliyyatının Afrində PYD-nin mühasirəyə alınması üçün keçirildiyinin söyləyib.

"Afrinə qarşı hər hansı hücum müstəqil bir əraziyə hücum kimi qiymətləndiriləcək. Amerika və avropalı dostlarımızdan bu barədə söz aldıq. Türkiyəyə qarşı siyasi və hərbi hazırlıqlarımız dostlarımızın dəstəyi ilə davam edir. PYD gücləri bütün sərhəd xəttindən hücum hazırlığında olacaq və Türkiyəyə qarşı birbaşa hücum başlanacaq", - o deyib.


Toplantılarda bildirilib ki, ABŞ-ın İraq üzərindən Haseke və Rimeylana çatdırdığı silahlar Türkiyə ilə sərhəd bölgələrə göndəriləcək. Bu silahlar arasında tank əleyhinə "Tow" raketləri və uzunmənzilli raketlərə üstünlük veriləcək.

Toplantılarda həmçinin Türkiyə daxilində həyata keçirilməsi planlaşdırılan terror hücumlarından da danışılıb. Bildirilib ki, Afrin mühasirəyə alınacağı halda Türkiyədə genişmiqyaslı qiyama başlayacaqlar və yaranacaq xaos nəticəsində Türkiyə Silahlı Qüvvələri İdlibdən çıxmaq məcburiyyətində qalacaq. Kilis, Gaziantep, Urfa, Mardin və Hatay kimi vilayətlərdə terror aktlarının həyata keçiriləcəyi ifadə edilib.

Türkiyədə kamikadze hücumlarının həyata keçirilməsi üçün isə hamısı suriyalılardan ibarət "ölüm qrupları"nın qurulacağı nəzərdə tutulur. Terror hücumlarının həyata keçiriləcəyi nöqtələri müəyyən edəcək qrupların isə artıq Türkiyəyə göndərildiyi bildirilir. Eyni zamanda toplantılarda, PKK lideri Abdullah Öcalanın tutulmasının ildönümü (1999-cu il fevralı -red.) ərəfəsində Türkiyədə xaos mühitinin yaradılması qərara alınıb. Publika.az "Yeni Şəfəq" nəşrinə istinadən xəbər verir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024