Mobil versiya
151 nömrəli məktəb şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb
Tarix: 10-10-2017 | Saat: 12:30
Bölmə:Təhsil / Karusel | çapa göndər

151 nömrəli məktəb şagirdin bıçaqlanması ilə bağlı açıqlama yayıb




151 nömrəli tam orta məktəb bu təhsil ocağında təhsil alan şagirdlər arasında baş vermiş bıçaqlanma hadisəsinə münasibət bildirib.
Məktəbdən "Report"a verilən məlumatda qeyd edilir ki, məktəbin 8-ci sinif şagirdləri Əliyev Fərid və Bədirov Əli arasında olan insident məktəbdən kənarda olub. Hadisə oktyabrın 9-da axşam saat 19:00 radələrində Nərimanov rayonunda idman məşqindən qayıdarkən onların aralarında yaranmış mübahisə zəminində baş verib. Ətrafda olan şəxslərin köməyi ilə xəsarət alan uşaq xəstəxanaya aparılıb, ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşağın aldığı xəsarət ciddi deyil.
"Qeyd olunan şagirdlər məktəbdaxili nizam–intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirdlərdir", - məktəbin açıqlamasında bildirilib.
Qeyd edək ki, həmin məktəbin Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024