Mobil versiya
AMEA-ya qəbul olunmuş magistrantlara xəbər var
Tarix: 09-10-2017 | Saat: 18:06
Bölmə:Təhsil | çapa göndər

AMEA-ya qəbul olunmuş magistrantlara xəbər var


Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində 2017-2018-ci tədris ilində AMEA-nın magistratura pilləsinə qəbul olunan tələbələrin dissertasiya mövzuları ilə bağlı bir sıra elmi müəssisələrin direktorları və magistrantların elmi rəhbərləri ilə görüş keçirilib.

aia.az xəbər verir ki, tədbirdə cari ildə AMEA-ya qəbul olunmuş magistrantların dissertasiya mövzuları müzakirə edilib.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistratura pilləsində müasir tələblər səviyyəsində kadrlar hazırlamaq üçün dissertasiya mövzularının elmin qarşısında duran prioritet vəzifə və tələblərə uyğun seçilməsinin zəruriliyini bildirib. Hər bir dissertasiya işində problemin qoyuluşunun elmin aktual inkişaf meyilləri ilə əlaqəli şəkildə olmasının vacibliyini qeyd edib. Akademik həmçinin mövzuların magistrantlara verilməzdən öncə institutlarda hərtərəfli müzakirə olunmasını da tövsiyə edib.

Görüşdə magistrantların dissertasiya işinin təşkili, onların tədris prosesinin təkmilləşdirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024