Mobil versiya
Mərkəzi Bankın nümayəndələriAzMİU-da tələbələrə təlim keçib
Tarix: 06-10-2017 | Saat: 14:28
Bölmə:İqtisadiyyat | çapa göndər

Mərkəzi Bankın nümayəndələriAzMİU-da tələbələrə təlim keçib




Azərbaycan Mərkəzi Bankının nümayəndələri AzMİU-da Tikinti-iqtisad fakültəsinin tələbələri ilə görüşüblər. Xidməti sahələrin iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhəbbət Məmmədov belə görüşlərin gənclər üçün əhəmiyyətindən danışıb, xüsusilə sonuncu kurs tələbələrini Mərkəzi Bankın təlimlərində aktiv iştirak etməyə səsləyib. Təhsil müəssisələri və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyinə toxunub. Kafedra müdiri, həmçinin gələcək günlərdə AzMİU-nun Xidməti sahələrin iqtisadiyyatı və menecment, İqtisadi nəzəriyyə və marketinqi kafedraları ilə Mərkəzi Bank arasında memerendumun imzalanacağını tələbələrin diqqətinə çatdırıb.


Azərbaycan Mərkəzi Bankının Resurslar və Maarifləndirmə Xidməti Tədqiqatlar və İnkişafı Mərkəzinin İqtisadi Marifləndirmə qrupunun böyük mütəxəsisi Anar Babazadə Maliyyə savadlılığı layihəsi haqqında tələbələrə geniş məlumatlar verib və maliyyə savadlılığının əhəmiyyətini qeyd edib, maliyyə savadlılığının artırılması yönümündə təhsil müəssisələrində, məktəblərdə, baxçalarda və digər müəsisələrdə apardıqları maarifləndirmə işi barədə danışıb.
Daha sonra Mərkəzin İqtisadi Marifləndirmə qrupunun mütəxəsisləri Rövşən Qəniyev və Lamiyə Qaralova ölkə büdcəsi haqqında tələbələrə ətraflı məlumatlar veriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.



aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024