Mobil versiya
AzMİU-da beynəlxalq simpozium keçirilir
Tarix: 29-09-2017 | Saat: 14:20
Bölmə:Təhsil / Karusel | çapa göndər

AzMİU-da beynəlxalq simpozium keçirilir




Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndislik elmində innovativ texnologiyalar” adlı Beynəlxalq Simpozium keçirilib. Simpoziumun təşkilatçıları AzMİU ilə yanaşı, Türkiyənin Sakarya Universiteti və “Akademik Platform” (Türkiyə) ictimai birliyidir.

"Qafqazinfo" xəbər verir ki, açılışdan əvvəl universitetin rektorluğu və professor-müəllim heyəti qonaqlarla birgə ümummilli lider Heydər Əliyevin AzMİU-nun həyətindəki büstünün önünə əklil qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra simpozium öz işinə başlayıb. Simpoziumu giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb, ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından və elmi-texniki tərəqqininin son nailiyyətlərindən danışıb.

Tədbirdə iştirak edən qonaqlar da simpozium iştirakçılarına təbriklərini çatdırıblar. Türkiyənin Sakarya Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Mehmet Sarıbıyık simpozium iştirakçılarını salamlayaraq, simpoziumun işində uğurlar arzulayıb.

150-yə yaxın xarici ölkə (Türkiyə, İngiltərə, Macarıstan və s.) və 50 nəfər ölkəmizi təmsil edən alimlərin iştirak etdiyi Simpoziumda mühəndislik elminin əsas istiqamətləri üzrə son illərdə əldə edilmiş nailiyyətlər məruzə və müzakirə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024