Mobil versiya
Sevgilisinə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT: qızın evinə gəldi və 24 dəfə... - Sumqayıtda
Tarix: 28-09-2017 | Saat: 20:23
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Sevgilisinə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT: qızın evinə gəldi və 24 dəfə... - Sumqayıtda





Sumqayıt şəhərində sevdiyi qızı öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Cəfər Ağayev 2015-ci il fevral ayından başlayaraq qarşılıqlı sevgi münasibətlərində olduğu Səbinə Salayevanın kobud davranışları ilə üzləşib.
Sevgi və qisas
Həmin ilin oktyabrında Səbinə aralarında olan münasibətlərə son qoyub və Cəfərlə görüşməyib, havbelə onunla ailə qurmaqdan imtina edib.
Cəfər dəfələrlə əvvəlki münasibətlərinin bərpa olunmasına çalışıb. Bütün cəhdlərinə baxmayaraq, bunun faydasız olduğunu görüb. O, sevgilisindən qisas alaraq onu öldürmək qərarına gəlib.
Qətl planı
2016-cı ilin yanvarın 22-də Cəfər planlaşdırdığı qəsdi icra etmək üçün əldə etdiyi ov bıçağını və kustar üsulla hazırlanmış beşbarmağı yaşadığı Səbail rayonu, Mehdi Hüseyn küçəsindəki evlərindən götürüb. O, həmin bıçağı və beşbarmağı üzərində gizlədib.
Amansızlıq və qəddarlıq
Daha sonra Cəfər həmin gün saat 12.30-da Səbinə Salayevanın yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsindəki evə gəlib. O, təxminən 7-8 dəqiqə ərzində xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirib. Üzərində olan bıçaqla Səbinə Salayevanın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 24 dəfə bıçaq və beşbarmaq zərbəsi vurub.
Qətl və iki maddəli cinayət işi
Səbinə Salayeva aldığı zərbələrdən hadisə yerində ölüb. Cinayəti törədən Cəfər Ağayev hadisə yerindən qaçsa da, qısa zamanda polis əməkdaşları tərəfindən yaxalanıb.
İbtidai istintaqa ifadə verən Cəfər Ağayev törətdiyi cinayəti etiraf edib. O bildirib ki, qətl hadisəsi törətdiyi üçün peşman olub.
Təqsirləndirilən şəxs qeyd edib ki, sevdiyi qızın ona “yox” cavabı verməsinə əsəbləşib. Cəfər Ağayev qətli törətməsinə səbəb kimi mərhumun onu sevməməsini göstərib: “Sevgimə cavab vermədi, öldürdüm”.
Cəfər Ağayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib.
19 il cəza və şikayət
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfər Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cəfər Ağayevin müdafiçisi Mirzəmməd Rəhimov apelyasiya şikayəti verib.
O, şikayətində Cəfər Ağayevin əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası çərçivəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Ömürlük cəza tələbi
Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi Cavanşir Salayev apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif edilməsini, onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, habelə zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.
Hacı Zeynalov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024