Mobil versiya
Azərbaycanda İLK - Qan dövranı dayandırılmaqla əməliyyat keçirilib
Tarix: 26-09-2017 | Saat: 21:45
Bölmə:Cəmiyyət / Aia TV | çapa göndər

Azərbaycanda İLK - Qan dövranı dayandırılmaqla əməliyyat keçirilib








Azərbaycan səhiyyəsində daha bir ilkə imza atılıb. Qan dövranı dayandırılmaqla ağciyər damarlarında əməliyyat həyata keçirilib. Risk dərəcəsi böyük olan əməliyyat zamanı həkimin cəmi 20 dəqiqə vaxtı olub.

Aia.Az xezerxeber.az-a istinadən bildirir ki, ürəyi dayandırıb əməliyyat etdilər. Belə bir əməliyyat Azərbaycanda ilk dəfə həyata keçirilib.
Əvvəlcə, bədənin temperaturu müsbət 18-ə endirilib. Bədən istiliyi 36-dan 18-ə enən kimi ürək də başda olmaqla, bütün orqanlar fəaliyyətini dayandırıb. Həkim 20 dəqiqə ərzində əməliyyatı tamamlamasa, bədbəxt hadisə qaçılmaz ola bilərdi.
27 yaşlı qadın hamiləlik zamanı baldırlarında şişmə şikayəti ilə həkimə müraciət edib. Baldır damarlarının trombozu diaqnozu qoyularaq müalicəsi aparılıb. Doğuşdan sonra isə qadında təngnəfəslik başlayıb. Məlum olub ki, onun ağciyər damarlarında tromp yaranıb. Bildirilib ki, əməliyyat olunmasa, 5 il ərzində ölə bilər.
Beləliklə, ölkəmizdə ilk dəfə olaraq ''Ağciyər damarlarının endarterektomiyası'' adlanan cərrahiyyə əməliyyatının edilməsinə qərar verilib. Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində həyata keçirilən bu əməliyyatı ürək-damar cərrahı Kamran Musayev həyata keçirib.
Kritik müddət də daxil olmaqla, əməliyyat ümumilikdə 5 saat davam edib.
Əməliyyatdan 1 həftə sonra xəstə evinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024