Mobil versiya
Ekspert: "Ermənistanın tələbləri Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələr tərəfindən rədd edilir"
Tarix: 23-08-2017 | Saat: 22:06
Bölmə:Siyasət / Aia TV | çapa göndər

Ekspert: "Ermənistanın tələbləri Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələr tərəfindən rədd edilir"







Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi bağlamaq üçün irəli sürdüyü təşəbbüsün bu ölkənin Ermənistanla sərhədlərinin açılmasına heç bir aidiyyəti yoxdur.
Aia.Az xəbər verir ki, bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev son günlərdə sözügedən mövzu ətrafında Ermənistanın ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin Türkiyə qarşısında sərhəd qapılarının açılmasına hesablanmış şərtlər irəli sürəcəklərinə münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, Ermənistan hakimiyyəti onsuz da öz qonşuları ilə münasibətlərində düşmən mövqeyi sərgiləyir: "Yalnız Türkiyə və Azərbaycan deyil, eyni zamanda, Gürcüstana və İrana, hətta Rusiyaya və başqa postsovet ölkələrinə qarşı da bu ölkənin müəyyən torpaq iddiaları mövcuddur. Ermənilərin "dənizdən-dənizə böyük Ermənistan" planı əsasında hazırlanmış xəritəyə nəzər salsaq, biz bu iddiaları aşkar şəkildə görə bilərik. Eyni zamanda, bu gün Ermənistanın konstitusiyasında, o cümlədən, dövlət gerbində Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı kimsəyə sirr deyil. Bu baxımdan, Türkiyənin regiondakı mühüm iqtisadi-siyasi rolunu nəzərə alsaq, həmçinin Rusiyanın məlum təşəbbüsü dəstəkləməsinə, müsbət cavab verməsinə diqqət yetirsək, Ermənistan siyasi rəhbərliyinin tələblərinin yolverilməz olduğunu vurğulaya bilərik. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin tələbləri AİB-də təmsil olunan ölkələr tərəfindən rədd edilir".

B.Quliyev digər bir faktoru - Ermənistanın sözdə müstəqil dövlət olmasını, eyni zamanda, siyasi, iqtisadi və hərbi cəhətdən bilavasitə Rusiyadan asılı olmasını xatırladaraq bildirib ki, Türkiyənin AİB-ə üzvlüyü sırasında həlledici sözü Ermənistan deyil, Rusiya və orada təmsil olunan digər ölkələr deyəcək:

"Sirr deyil ki, Rusiyadan başqa Qazaxıstan, Belarus kimi ölkələr də güclü Türkiyənin bu ittifaqa qoşulmasına açıq dəstək göstərirlər. Belə olan halda, ermənilərin siyasi şantaj xarakterli bəyanatlarını, xüsusilə, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın sərsəm iddialarını reallaşa biləcək tələb kimi qəbul edə bilmərik".

Siyasi ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ Baş nazir olduğu dövrdə, 2009-cu ildə Bakıya rəsmi səfərini və Azərbaycan Parlamentindəki çıxışını xatırladaraq bildirib ki, məhz həmin dönəmdə də siyasi kuluarlarda bənzər iddialar səslənməsinə baxmayaraq, Ərdoğan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmayacağı təqdirdə Ermənistanla sərhəd qapılarının açılmayacağını qəti şəkildə bəyan etmişdi:

"Tam əminliklə deyə bilərəm ki, Türkiyə Ermənistanla sərhədlərini açmayacaq. Yalnız Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapdıqdan sonra qardaş ölkə həmin məsələni gündəmə gətirə bilər. Bu səbəbdən, hesab edirəm ki, Ermənistanın siyasi rəhbərliyinin bu və ya digər tipli bəyanatlar səsləndirməsi bu ölkədəki despot rejimə qarşı narazı olan xalq kütləsinin susdurulmasına yönəlmiş fikirlərdir, daha dəqiq isə daxili publikaya yönəldilən uğursuz siyasi gedişdir. Çünki Ermənistan iqtidarı çox yaxşı bilir və anlayır ki, onların tələblərinə əməl olunmayacaq və Türkiyə qısa zamanda AİB-ə üzv olaraq regionun iqtisadi inkişafına töhfələrini verəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024