Qax icra başçısı namizədin üstünə qoçu dəstəsi göndərib - Video
Tarix: 25-10-2015 | Saat: 10:59
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
Bələdiyyə sədri hədə-qorxu gəlib
112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Zəyəm kəndində keçirdiyi görüşdə kobud qanun pozuntusu ilə qarşılaşıb
Oktyabrın 24-də Qaxdan deputatlığa namizəd Əhməd Şahidov Zəyəm kəndində seçicilərlə görüşüb. Görüş zamanı Zəyəm kənd bələdiyyə sədri Kamil Səfərov ətrafındakı bir-iki nəfərlə görüşə müdaxilə edib və Əhməd Şahidovun görüşünə mane olub. Əvvəlcə özünü kənd sakini kimi təqdim edən Kamil Səfərov həmin məkanda istirahət etdiyini bildirib və bu görüşün onun istirahətini pozduğunu iddia edib. Daha sonra isə bələdiyyə sədri olduğunu etiraf edən Kamil Səfərov “öz kəndi” adlandırdığı Zəyəm kəndində başqa namizədin görüş keçirməsinə icazə vermədiyini bildirib.
Görüşə gələn 30-a yaxın insanı evlərinə getməyə səsləyən bələdiyyə sədri Kamil Səfərov seçki qanunvericiliyini kobud şəkildə pozaraq, deputatlığa namizədin seçicilərlə görüşünə mane olub.
İnanırıq ki, Mərkəzi Seçki Komissiyası və digər aidiyyatı qurumlar Qax rayonu Zəyəm kəndində baş verən bu qanun pozunsutu ilə bağlı zəruri tədbirlər görəcək və qanunun tələblərini pozan bələdiyyə sədrinə qarşı qanuni tədbirlər görüləcək.
Birbaşa rayon icra hakimiyyətinin nəzarətində olan bələdiyyə sədrinin özbaşına hərəkət etməsi heç də inandırıcı deyil. Görünən odur ki, icra başçısı Musa Şəkiliyev açıq-aşkar seçki təbliğatı prosesinə müdaxilə etməklə ölkədə şəffaf seçki mühitinə kölgə salmaqda davam edir.
Xatırladaq ki, Seçki gününə sayılı günlər qaldığı bir ərəfədə regionlarda təbliğat-təşviqat prosesinə yersiz müdaxilələr barədə yerli Dairə Seçki Komissiyaları və hüquq mühafizə orqanları mütəmadi olaraq, Bakıya məlumatlar ötürürlər.
7News.az xəbər verir ki, gərgin seçki ab-havasının müşahidə olunduğu və ölkə rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılan dairələrdən biri də 112 Saylı Qax Seçki Dairəsidir. Belə ki, Qax rayonunda baş verən son hadisələr, təbliğat-təşviqat prosesinin gedişi və yerli icra strukturlarının fəaliyyəti barədə ölkə rəhbərliyinə məruzə olunub.
Hakimiyyətə yaxın mənbənin verdiyi məlumata görə, ölkə başçısına şəxsən məruzə olunan hesabat yerli hüquq-mühafizə orqanlarının və Bakıdan göndərilmiş monitorinq qrupunun hazırladığı faktlar əsasında hazırlanıb. İlham Əliyevə məruzə olunan hesabatda Qax rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşlarının, icra nümayəndələri və bələdiyyə sədrlərinin adları və qeyri-qanuni fəaliyyəti barədə ciddi məqamlar var.
Qaxda baş verənləri birbaşa nəzarətdə saxlayan ölkə rəhbərliyi hesabatda adları hallanan yerli məmurların nəzarətə götürülməsi və seçki prosesinə müdaxilələrin qarşısının alınması barədə xüsusi tapşırıq verib.
Görünən odur ki, icra başçısı Musa Şəkiliyevin başı dərddədir. Belə ki, icra başçısının təlimatı ilə fəaliyyət göstərən yerli məmurlar, bəzi icra nümayəndələri və bələdiyyə sədrləri yerli hüquq mühafizə orqanlarına verdikləri məlumatda bütün təlimatların birbaşa icra başçısından gəldiyini etiraf ediblər.
[video=]
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024