Mobil versiya
600-dən çox bal toplayan 4 nəfər “kəsilib”
Tarix: 16-08-2017 | Saat: 08:53
Bölmə:Təhsil / Karusel | çapa göndər

600-dən çox bal toplayan 4 nəfər “kəsilib”










“III və IV qrup üzrə 600 baldan yüksək nəticə göstərən 4 nəfər ali məktəbə daxil ola bilməyib, yəni kəsilib. Bu, çox ciddi rəqəmdir”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov “Qafqazinfo”ya açıqlamasında deyib. Ekspert yüksək bal toplayan abituriyentlərin kəsilməsinı səbəb kimi doğru ixtisas seçimi etməmələrini göstərir:

“Gəlin əvvəlcə qruplar üzrə təhlil edək: I ixtisas qrupu üzrə 500-dən çox bal toplayan 2 nəfər, 400-dən çox bal toplayan 4 nəfər, 300-də yuxarı isə 134 nəfər ali məktəblərə qəbul ola bilməyib.

İkinci qrup üzrə isə 400-dən çox bal toplayan 16 nəfər, 300-dən çox bal toplayan 45 nəfər kəsilib.

Ən pis vəziyyət isə III qrupdadır. Yəni, 660-dan çox bal toplayan iki nəfər kəsilib. 500-dən çox bal toplayan 14 nəfər, 400-dən çox bal toplayan 57 nəfər, 300-dən çox bal toplayan isə 330 nəfər universitetə qəbul olmayıb.

Ən ciddi bal artımı və kəsilmələr də elə III və IV qruplarda müşahidə olunur.

IV qrupda isə 640 və 620-dən çox bal toplayan iki nəfər, 500-dən çox bal toplayan 17 nəfər, 400-dən çox bal toplayan 51 nəfər, 300-dən çox bal toplayan isə 88 nəfər ali məktəblərə qəbul ola bilməyib.

Bu, təbii ki, ciddi rəqəmlərdir.

Ekspert onu da qeyd edib ki, bu il yüksək bal toplayan abituriyentlərin sayında kəskin artım var. Bu da xeyli sayda tələbənin bal toplasa da, kəsilməsinə səbəb olub:

“Həmin qruplarda 200 balla qəbul olanlar olsa da, 600-dən yüksək nəticə göstərənlər kəsilib. Bu da onun nəticəsidir ki, ali məktəblərə iyul ayının 29-dan başlayan ixtisas seçimi zamanı abituriyentlər yalnız “Abituriyent 4” və “Abituriyent 2” jurnalından istifadə edib. Həmin jurnallarda 2016-cı ildə formalaşmış ballar var. Hər kəs elə düşünürdü ki, ballar orada necədirsə, bu il də eyni qaydada təkrar olunacaq. Mən dəfələrlə deyirdim ki, bu il 3 və 4-cü qruplarda yüksək bal toplayan abituriyentlərin sayında kəskin artım var. Yüksək bal toplamış şəxslərin kənarda qalmalarının əsas səbəbi odur ki, ixtisas seçimi zamanı yalnış ödənişsiz əsaslarla seçiblər.

Müqayisə üçün deyim ki, ötən il hüquq fakültəsinin pulsuzunun balı 630 idi, bu il isə 671 baldır. Üçüncü qrupda 669 bal toplayan düşünüb ki, bütün hallarda qəbul olacaq. Ancaq o, özündən çox bal toplayanların sayına baxmayıb. Məhz yüksək bal toplayanların ali məktəblərə qəbul ola bilməməsinin əsas səbəbi yanlış yanaşma tərzidir. Düzdür, onlar ikinci tura buraxılırlar, ancaq ikinci turda bütün yerlər ödənişli əsaslarla olacaq. 6400-dən çox plan yeri boş qalıb. Yenə də ali məktəblərə daxil ola bilməyənlər olacaq. Hətta bu yüksək nəticə göstərənlər də ola bilər. Yenə də deyirəm, bu şəraitin yaranmasının əsas səbəbi ixtisas seçiminin düzgün edilməməsidir”.

Günel Hacı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024