Mobil versiya
SOCAR-ın Türkiyədə indiki və gələcək investisiyalarının həcmi açıqlandı
Tarix: 16-08-2017 | Saat: 08:37
Bölmə:Gündəm / İqtisadiyyat | çapa göndər

SOCAR-ın Türkiyədə indiki və gələcək investisiyalarının həcmi açıqlandı








Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 12,6 milyard dollara çatıb.

Aia.Az bildirir ki, bunu Trend-ə - Azərbaycan mətbuatına verdiyi ilk müsahibəsində "SOCAR Turkey Energy" şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte deyib.

O qeyd edib ki, SOCAR Türkiyədə investisiyaları öz törəmə şirkəti - 2008-ci ildə "Petkim"in alınması ilə fəaliyyətə başlayan "SOCAR Turkey Energy" vasitəsilə həyata keçirir.

M.Lekompte vurğulayıb ki, "SOCAR Turkey"nin irimiqyaslı investisiya layihələri arasında "Petkim" külək elektrik stansiyası, STAR neft emalı zavodu, eləcə də TANAP yer alır və bu layihələrin 2018-ci ildə işə salınması gözlənilir:



"İnvestisiyaların ümumi həcmi 12,6 milyard dollara çatıb. Bu layihələrin başa çatmasından sonra investisiyaların 19,5 milyard dolları keçəcəyi nəzərdə tutulur. Bundan başqa, gündəlikdə ikinci neft-kimya kompleksinin tikintisi dayanır".

Qeyd edək ki, "SOCAR Turkey Energy" Türkiyə iqtisadiyyatına sərmayə qoyan ən iri investorlardandır. 2018-ci ildə "SOCAR Turkey Energy"nin dövriyyəsinin 15 milyarda dollara çatacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024