Mobil versiya
Lalə Əhmədova namizədliyini geri götürdü
Tarix: 24-10-2015 | Saat: 12:36
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Lalə Əhmədova namizədliyini geri götürdü
Yeni Azərbaycan Partiyası tərəfindən 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Lalə Əhmədova seçkidən geri çəkilib

Bu barədə AzVision.az-a 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin sədri Qədir Kərimov məlumat verib.

DSK sədrinin sözlərinə görə, Lalə Əhmədova öz istəyi ilə namizədliyini geri götürüb:

“Lalə Əhmədova seçkilərdən geri çəkilməsini dövlət qulluğunda çalışmağa üstünlük verməsi ilə əlaqələndirib”.

Qeyd edək ki, Lalə Əhmədova hazırda Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışır.

Xatırladaq ki, hazırda sözügedən dairədə mübarizə aparacaq şəxslər aşağıdakılardır:
Şahin Abbasov (VİP), Mehriban Abdullayeva (BDU-nun pasport qeydiyyatçısı), Elşad Həsənov (hüquqşünas, bitərəf), Dünyamalı İmaməliyev (BAXCP), Cavad Quliyev (işsiz) və jurnalist İlhamiyyə Rzayeva.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə