Mobil versiya
Taksi sürücüsü polislə mübahisədən sonra intihara cəhd edib
Tarix: 28-07-2017 | Saat: 09:57
Bölmə:Cəmiyyət | çapa göndər

Taksi sürücüsü polislə mübahisədən sonra intihara cəhd edib







Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib.

Aia.az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Bakı-Sumqayıt istiqamətinə taksi fəaliyyəti ilə məşğul olan Sumqayıt sakini 1990-cı il təvəllüdlü Şahverdiyev Səbuhi Nurəddin oğlu metronun 20 Yanvar stansiyasının yaxınlığında yüksək səslə müştəri çağırıb. Ərazidə xidmət göstərən polis əməkdaşları ona ictimai asayişi pozduğuna görə öz iradını bildirib. S.Şahverdiyev onların fikirlərinin əsassız olduğunu dilə gətirib. Nəticədə mübahisə yaranıb. Bu zaman S. Şahverdiyev qol nahiyəsini kəsərək intihara cəhd göstərib. O təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra xəsarət alan şəxs evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024