Mobil versiya
Oğuzda yol qəzası: sürücü öldü
Tarix: 24-10-2015 | Saat: 10:57
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Oğuzda yol qəzası: sürücü öldü

Qaraməryəm-ismayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Sincan kəndi ərazisindən keçən hissəsində ağır yol qəza hadisəsi qeydə alınıb

Qəza zamanı Şəki sakini İlyaslı İlqar İlyas oğlu idarə etdiyi 90-KR-371 dövlət nömrə nişanlı CHERY markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb. Yoldan çıxan avtomobil yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü elə hadisə yerindəcə dünyasını dəyişib. Əldə olunan məlumatlara görə, sürücü avtomobildə tək olub. İlkin ehtimallara görə, qəzaya səbəb sürücünün sükan araxasında yatması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. (Region TV)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024