Mobil versiya
Bələdiyyə sədri niyə intihar edib? - İcra hakimiyyətindən açıqlama
Tarix: 14-07-2017 | Saat: 16:45
Bölmə:Cəmiyyət / Manşet | çapa göndər

Bələdiyyə sədri niyə intihar edib? - İcra hakimiyyətindən açıqlama


Xəbər verdiyimiz kimi, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmov intihar edib. Onun meyiti kənd ərazisində yerləşən köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F.Rüstəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, F.Rüstəmovun maddiə və psixoloji problemi olmayıb.

"Fətəli müəllim normal insan idi. İcra başçısı ilə yaxşı əlaqələri vardı. Rayonun bütün tədbirlərində iştirak edirdi. Onun heç bir problemi yox idi. Ailəsində də problem olmayıb. İki oğlu var. Oğlanlarından biri yenicə hərbi xidmətdən qayıdıb. Fətəli müəllim oğlu üçün təmtəraqlı məclis təşkil etmişdi. İkinci oğu isə hərbi xidmətdədir. O, çox sakit və mehriban insan idi. Heç birimiz onun ölümünə inanmırıq.

Fətəli müəllim işə gec gəlib. İş yolşadları onun meyitini kəndin yaxınlığında yerləşən qonaq evində asılmış vəziyyətdə aşkar ediblər”-deyə İcra Hakimiyyətindən bildirilib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.(azvision.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024