Mobil versiya
"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik
Tarix: 14-07-2017 | Saat: 13:17
Bölmə:Təhsil / Karusel | çapa göndər

"Kəsiri olan tələbə digər təhsil müəssisəsinə köçürülə bilər" - Nazirlik








"Tələbənin kəsiri olduqda belə, onun bir təhsil müəssisəsindən digərindən köçürülməsi mümkündür".

Aia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfansında deyib.

Onun sözlərinə görə, bu şərt həm ali, həm də kolleclərə aiddir: "Köçürülmə zamanı tələbənin nə qədər akademik borcunun olması rol oynamır və bununla bağlı hər hansı məhdudiyyət yoxdur".

Nazirlik rəsmisi əlavə edib ki, kəsiri olan tələbə akademik borcunu köçürüldüyü təhsil müəssisəsində ödəyə bilər: "Ödənişsiz əsaslarla təhsil alan tələbə digər təhsil müəssisəsində yenidən ödənişsiz əsaslarla olan yerlərə köçürülə bilərlər. Lakin bunun üçün tələbənin müvafiq ixtisas üzrə qəbul imtahanında topladığı balın yüksək olması lazımdır. Ödənişli əsaslarla təhsil alan tələbə isə yalnız ödənişli yerlərə köçürülə bilər".

C.Valehov qeyd edib ki, xaricdəki təhsil müəssisələrindən köçürülmə zamanı vacib şərtlərdən biri həmin təhsil müəssisəsinin akkreditasiyadan keçməsidir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024