Mobil versiya
Kişi yenicə boşandığı arvadını bıçaqladı - Daşkəsəndə
Tarix: 14-07-2017 | Saat: 10:47
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Kişi yenicə boşandığı arvadını bıçaqladı - Daşkəsəndə










Daşkəsəndə 22 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Aia.Az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsindən report-a verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Günel Həsən qızı Abbasova keçmiş qaynatasıgilə gedib. Orada hələki bilinməyən səbəbdən bir müddət əvvəl boşanmış olduğu Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elxan Rauf oğlu Əliyevlə mübahisə edib. Bu zaman qadın qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilib. Polis tərəfindən saxlanılan keçmiş ər isə ifadəsində hadisəni törətmədiyini qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib.

Saxlanılan şəxs E.Əliyev "Report"un yerli bürosuna qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib: "Mən o qadınla yenicə boşanmışam. Onun ayağı sürüşkəndir, ona görə boşanmışam. Dünən də mənim Gəncədən kəndə gəldiyimi bilib gəlmişdi bizə. Mübahisə yarandı və özü mətbəx bıçağını götürüb özünü vurdu. Mənə şər atır, mən onu vurmamışam".
Rayon Polis Şöbəsindən bildirilib ki, qadın ilkin ifadəsində keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirsə də hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024