Mobil versiya
Magistraturada oxuyacaq 2767 oğlana hərbi xidmətdən möhlət hüququ verilir
Tarix: 11-07-2017 | Saat: 15:17
Bölmə:Təhsil | çapa göndər

Magistraturada oxuyacaq 2767 oğlana hərbi xidmətdən möhlət hüququ verilir


2017-2018-ci tədris ili üçün magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.

Dövlət İmtahan Mərkəzindən sorğusuna cavab olaraq bildirlib ki, ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olunub və plan yerləri 80.92% dolub.

Magistraturaya qəbul olunan bakalavrların 2767 -si oğlan, 3466 –ı isə qızdır.

“Elm haqqında” qanunun 5-ci maddəsində (Elmin inkişafı üzrə məqsədli proqramlar) göstərilib ki, təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ təmin edilir.
Bu da o deməkdir ki, bu il magistraturaya qəbul olunan 2767 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024