BDU-nun tələbəsi axtarışa verildi
Tarix: 10-07-2017 | Saat: 12:22
Bölmə:Parlament | çapa göndər
Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.
AİA.Az APA-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z. Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış elan olunub.
Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub.
Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb.
Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.
Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər