Mobil versiya
İyulun 14-də növbəti imtahan keçiriləcək
Tarix: 08-07-2017 | Saat: 13:43
Bölmə:Təhsil | çapa göndər

İyulun 14-də növbəti imtahan keçiriləcək


Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.



AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5551 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-07-2020
13-07-2020